hər kəs üçün parlaq gələcək
Hər ilin 27 sentyabrında bütün dünyada olduğu kimi Azərbaycan da Dünya Turizm Gününü qeyd edir. Dünya Turizm Təşkilatı tərəfindən təklif olunmuş 2019-cu ilin mövzusu – “Turizm və işlər: hər kəs üçün parlaq gələcək” turizmin gələcək inkişafa təsirinə həsr olunub.
Azərbaycanda turizm və qonaqpərvərlik sahəsində minlərlə insan çalışsa da, turistlərin ölkəmiz barədə təəssüratlarının formalaşmasında hər birimizin mühüm rolu var. Bu işin əhəmiyyətini dərk edərək vətənimizin bütün qonaqlarına xalqımızın qədim qonaqpərvərlik ənənələrinə uyğun şəkildə rəftar etməliyik.
Bu sadə qaydaları gözləməklə Azərbaycanda turizmin inkişafında sizin də öz layiqli yeriniz olacaq.